Şərif: “Bu, Pakistanın inkişafına zərbədir”

0
645


 

Pakistanın Baş naziri Nəvaz Şərif Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şairi və filosofu Lala Şaxbaz Kalandar türbəsində törədilən partlayışla əlaqədar bildirib ki, bu terror aktı ölkənin inkişafına zərbədir.

AzərTac xəbər verir ki, baş nazir bildirib: “Fevralın 13-də Lahorda törədilən terror aktında 15 adam həlak olmuş, 70 nəfər yaralanmışdı. O vurğulayıb: “Biz bu təhlükələrin qarşısının alınması üçün hər şey edəcəyik”.

Xatırladaq ki, fevralın 16-da axşam saatlarında ənənəvi sufi mərasimi keçirilərkən törədilən partlayış nəticəsində azı 72 nəfər həlak olub, 150-dən çox adam yaralanıb.

Pakistan ordusunun general-mayoru Asif Qafur jurnalistlərə bildirib ki, yaralananlar helikopter və təyyarə ilə böyük şəhərlərin xəstəxanalarına daşınır.

 

BIR CAVAB BURAXIN