Araq əvəzinə losyon içənlər ölüb, 7 nəfər tutulub

0
565

Sibirdə 48 nəfər araq əvəzinə bədən losyonu içdiyindən zəhərlənib, ölüb. İrkutsk meri Dmitry Berdnikov şəhərdə fövqəladə vəziyyət elan edib.

Rusiyada araq baha olduğundan çox adam bilərəkdən tərkibində alkoqol olan kosmetik və təmizləyici vasitələri spirtli içki əvəzinə qəbul edir. Üzərində zəhərli tərkibiylə bağlı xəbərdarlığa baxmayaraq, «Boyarışnik» losyonu da içki kimi çox alınan kosmetik vasitələrdən biridir.

Prokurorluq losyonu içənlər arasında ölüm halları artdığından, evlərdə, ya da evsiz içki düşkünlərinin toplandığı məkanlarda tapılan meyitlər çoxaldığından onun pərakəndə satışını qadağan edib. Faktla bağlı 7 nəfəri tutublar.

Rəsmilərin dediyinə görə, bu, Rusiyada son illər ərzində ən çox itkiyə səbəb olan kütləvi zəhərlənmə halıdır.

Kreml hadisəni «dəhşətli faciə» adlandırıb.

BIR CAVAB BURAXIN