Şəkidə sürücü sükan arxasında öldü

0
665

Şəkinin Baş Layski kəndi ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

ARB TV xəbər verir ki, hadisə zamanı Şəkinin Baş Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Rəcəbov Adil Oruc oğlu, idarə etdiyi 99-GL-361 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən yol kənarına çıxıb. Sürücünün sükan arxasında dünyasını dəyişdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, sürücü iş yerində olarkən qəfildən ürəyində sancı hiss edib və istirahət etmək üçün evə getmək istəyib. İlkin ehtimallara görə sürücü avtomobili idarə edərkən qəfildən ürəktutması olub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

BIR CAVAB BURAXIN