Aşıq Ədalətin səhhətində problem yaranıb

0
535

Azərbaycanın tanınmış aşığı Ədalət Nəsibovun səhhəti ağırlaşıb.

Məlumata əsasən, aşığın ayaqları tutulub. Nəsibov özü bununla bağlı açıqlama verib: “Səhhətim yaxşı deyil, müalicə olunuram. Dizlərim, oynaqlarım tutulub. Həmişə bu vaxt belə problemlərim olur. Yəqin ki, bir neçə günlük müalicədən sonra başım da düzələcək, ayaqlarım da. Yeriyə bilmirəm, ancaq ehtiyac olanda yeriməyə məcburam”.

Xatırladaq ki, Aşıq Ədalət 1939-cu ildə Qazaxda anadan olub. (ölkə.az)

BIR CAVAB BURAXIN