ABŞ məhkəməsi Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkun Cənub dairəsinin prokuroru vəzifəsini icra edən Cun Kim bəyan edib. Onun sözlərinə görə, Atilla barəsində hökm aprelin 11-də çıxarılacaq.
“Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib.