Suriyada 7 Rusiya təyyarəsi vuruldu

0
582

Rusiyanın Suriyada yerləşən hərbi bazasına hücum olub.
Hadisə dekabrın 31 gecəsi baş verib. Müdafiə nazirliyi 3 gün hadisənin təfərrüatlarını mətbuatdan gizlədibmiş.
“Kommersant”ın yazıdğına görə, Rusiyanın “Hmeymim”bazasına hücum edən terrorçular Hərbi-hava qüvvələrinə məxsus bir neçə təyyarəni məhv etməyə müvəffəq olublar. Bunu hərbi-diplomatik dairələr də artıq təsdiq edib. Onların sözlərinə görə, minaatanlardan açılan atəş nəticəsində 4 Su-24 cəbhə qırıcısı, 2 Su-35 S çoxhədəfli qırıcı təyyarə və bir An-52 hərbi-nəqliyyat helikopteri vurulub.
Bundan başqa, silahlı şəxslər Rusiyanın hərbi silah anbarını da məhv etməyə nail olublar. Qəzetin verdiyi məlumata əsasən, hadisə zamanı 10 nəfərdən artıq hərbçi yaralanıb.
Terroçuların fəliyyətinin icmalı ilə məşğul olan Directorate 4 kanalı 31 dekabr-3 yanvar tarixində hansısa qruplaşmanın Rusiya aviabazaısna hücum etdiyini boynuna almadığını bildirib.
Xatırladaq ki, bu gün səhər Suriyada, Hama aerodromu yaxınlığında Rusiyanın Mi-24 helikopterinin qəza etdiyi barədə xəbər verilib. Helikopterin pilotları yerindəcə həlak olublar.
Rusiya tərəfinin iddiasının əksinə olaraq, terror qruplaşmaları helikopterin onlar tərəfindən vurulduğunu bildiriblər.musavat.com

BIR CAVAB BURAXIN