Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub

0
316

Rusiyanın Kiyevdəki səfirliyi bu gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

 

Bu barədə “Strana.ua” saytı hadisə şahidlərinə istinadən xəbər verib.

 

Məlumata əsasən, 20-dək naməlum şəxs gecə saatlarında diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıblar.

 

Səfirliyi mühafizə edən Ukrayna Milli Qvardiyaçıları faktı təsdiqləyib. Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya nəzərəçarpacaq dərəcədə ziyan dəyməyib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fifteen − 2 =