Moskvaya sulu qar yağacaq

0
431

Rusiya Meteorologiya bürosunun aparıcı əməkdaşı Tatyana Pozdnyakova bildirib ki, yaxın günlərdə Moskvada hava kəskin dəyişəcək, yağış və sulu qar yağacaq.

Mediainfo.az-ın verdiyi məlumata görə, Pozdnyakova RT-yə açıqlamasında deyib ki, həftə ərzində Moskvada havanın tədricən soyuyacağı, yağış və sulu qar yağacağı  gözlənilir: “Oktyabrın 25-də yağış sulu qara keçəcək, havanın temperaturu 0 dərəcəyə enəcək”.

Xatırladaq ki, ötən həftə Moskvada oktyabr ayı üçün son 180 ildə rekord isti qeydə alınmışdı.

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 3 =