Rusiyanın “Turan” taborunun Suriyadakı təlimlərinin yeni görüntüləri yayılıb.
Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, yayımlanan fotolarda taborun hərbçilərinin əsasən müxtəlif silahlardan atəş açmaları əks olunub.
Görüntülər Deyr əz-Zor bölgəsində çəkilib.
Qeyd edək ki, “Turan” taboru keçmiş SSRİ vətəndaşlarından təşkil olunub. Bu tabor bəzi KİV-lərdə “SSRİ-dən olan xüsusi təyinatlılar” kimi təqdim edilir. Onun tərkibində xüsusilə Mərkəzi Asiya və Qafqaz türklərinin (o cümlədən azərbaycanlılar – red.) xidmət keçdiyi iddia olunur. Taborun şəxsi heyətinin sayı 800-1200 nəfər arasında dəyişir. Taborun Suriyadakı əməliyyatlara bu ilin mayından qoşulduğu güman edilir.