Şon Spayser Krım barədə belə deyib: «ABŞ Prezidenti Donald Tramp «açıqca işarə vurdu ki, Rusiyanın Krımı Ukraynaya qaytarmasını və bu ölkənin şərqində gərginliyin azaldılmasını gözləyir»».
Bu zaman Ağ evin nümayəndəsi əlavə edib ki, Vaşinqton yeni Prezidenti ilə «əvvəlki administrasiyadan fərqli olaraq, Rusiya ilə yola getmək istəyir».
Ancaq Krım məsələsinə yönəlik Moskva əvvəlki mövqeyini – Obamanın komandasına sərgidədiyi mövqeyni yenidən ortaya qoyub.
«Biz, əzərazilərimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir» – deyə, Mariya Zaxarova sərt bəyanat verib.
Kremldə onu da qeyd ediblər ki, Moskva Krımın Ukraynaya naytarılması mövzusunu müzakirə etmək niyyətində deyil.
Dövlət Dumasında və Federasiya Şurasında Ağ evin «Krımı qaytarın və Ukrayna ilə dostluq edin» təklifinə isə hətta xeyli hövsələsiz reaksiya veriblər.
«Krım Rusiyanındır və onun olaraq qalacaq. Onun qaytarılması tələbi isə Alyaskanın Rusiyaya qayarılması tələbi kimi yerinə yetirilməsi mümkün olmayan çağırışdır» – deyə, Federasiya Şurası təhlükəsizlik və müdafiə komitəsinin başçısı Viktor Ozerov bəyan edib.