Müsəlman qız Moskva merinin əlini havada qoydu- İbrətamiz- VİDEO

0
501
Müsəlman xanım Moskva meri Sergey Sobyaninlə əllə görüşməyi rədd edib.
Arazinfo.com moderator.az-a istinadən xəbər verir ki, gözlənilməz olay Moskvada İttifaq Evinin sütunlu salonunda təşkil edilmiş tədbirdə yaşanıb. Moskva meri akkreditə olunmamış jurnalistlərin futbol üzrə dünya çempionatını işıqlandıra bilmələri üçün yaradılmış mətbuat mərkəzinin açılışını edib.
“Veçernyaya Moskva” qəzeti tərəfindən nəşr olunan bir fotoşəkildə Sobyaninin tədbirə dəstək verən könüllüləri əl uzadaraq salamladığı görünür. Ancaq hicablı qızlardan biri əlini Moskva merinə uzatmır və bunun əvəzində, o, təmassız təbrik jesti edir – qarşısındakına hörmət əlaməti olaraq əlini ürəyinin üstə qoyur.
Məlum olduğu kimi, İslam şəriəti kişilərin naməhrəm qadınlara(və əksinə) toxunmasına icazə vermir. Əllə təmas yalnız valideynlər və uşaqlar, qardaş və bacılar, həmçinin, ər-arvad arasında mümkündür.

BIR CAVAB BURAXIN