Rusiyada yeznəsinin qətlini sifariş verən Azərbaycan vətəndaşına hökm oxundu

0
476
 

Rusiyanın Tula şəhər Sovetski rayon məhkəməsi fevralın 6-da 47 yaşlı Azərbaycan vətəndaşı barəsində ittiham qərarı çıxarıb.

“Report” xəbər verir ki, məhkəmə azərbaycanlını Rusiya Cinayət Məcəlləsinin qətlin təşkili, qəsdən başqasının ölümünə səbəb olma maddələri üzrə müqəssir bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

O, Tulada dəfələrlə ailə mübahisələrinin baş verdiyi doğma bacısının evində qalırmış. Kişi bacısı ilə əri arasında olan münaqişədən, həmçinin onun oğluna qarşı etdiyi fiziki zorakılıqlardan xəbərdar imiş. Bütün bu səbəblərdən onun ürəyində yeznəsinə qarşı kin yaranıb və buradan pul müqabilində onun qətlini təşkil etmək fikri yaranıb.

Kişi cinayətin icrası üçün adam axtarmağa başlayıb.

Rusiya Daxili İşlər Nazirliyi Tula vilayəti üzrə İdarəsinin əməkdaşları məsələdən xəbər tutublar və cinayətin qarşısını almaq üçün “əməliyyat təcrübəsi” tədbiri həyata keçirmək qərarına gəliblər.

“Muzdlu qatil” qismində isə əməliyyatçılardan biri çıxış edib.

Ötən ilin 3 aprel tarixində polis əməkdaşları tərəfindən yeznənin qətlə yetirilməsi səhnələşdirilib. Aprelin 4-də isə azərbaycanlı “muzdlu qatil” ilə görüşdükdən sonra cinayətin baş tutduğuna əmin olub və “cinayətkar”ın pulunu verərkən saxlanılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − 7 =