Bəşər Əsədin “qəssabxanası”ında həftədə 20-50 adam asırlar

0
502
 

Suriya həbsxanalarında kütləvi edamlar və işgəncələr baş alıb gedir.

Beynəlxalq insan haqları təşkilatı «Amnesty International»ın məlumatında belə deyilir. Təşkilat 2011-2015-ci illərdə Suriya həbsxanalarında 13 min adamın asıldığını müəyyən edib.«Amnesty International» Suriyada edamların indi də davam etdirildiyini bildirir, BMT-ni məsələni araşdırmağa çağırır.

Təşkilatın məlumatında deyilir ki, Dəməşq yaxınlığında, «qəssabxana» adını almış Sednaya həbsxanasında həftədə 20-50 adamı asırlar. Ölkədə hökumətə qarşı qiyam vətəndaş müharibəsinə çevriləndən bəri asılanların sayı artıb. Ən pisi odur ki, qurbanların çoxu hökumətə etiraz etməkdə günahlandırılan vətəndaşlardır. «Bəzən onlar uzun müddət işgəncəyə məruz qaldıqlarına, yemək-içməkdən, dava-dərmandan məhrum edildiklərinə görə ölürlər».

Təşkilat edam edilənlər arasında keçmiş hərbçilərin, dövlətə xəyanətdə, aksiyaların təşkilində günahlandırılanların olduğunu, bəzilərinin işgəncələr üzündən etmədiyi cinayəti boynuna götürdüyünü, beləliklə asıldığını bildirir.Edam prosesi gizli həyata keçirilir, öldürülənlər kütləvi məzarlarda dəfn olunur, onların ailələrinə bu barədə məlumat verilmir.

Virtualaz.org

BIR CAVAB BURAXIN