Rusiyada azərbaycanlılar bir-birinin qanını tökdü

0
695


 

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

APA-nın məlumatına görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri – Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə “Vstreça” kafesində təşkil olunan məclisdə baş verib.

“Vstreça” kafesinin inzibatçısı Ramin Mehdiyevin verdiyi məlumat görə, hadisə aprelin 20-də səhər saat 4-də kafeyə yaxın yerdə baş verib.

“Axşam kafedə banket olub, 10-15 nəfər iştirak edib. Kafe bağlanandan bir saat sonra kafeyə yaxın ərazidə, yolun kənarındakı dayanacaqda mübahisə düşüb. Daha sonra mübahisə bıçaqlaşma ilə nəticələnib. Xəsarət alanlar xəstəxanaya aparılıb. Onlardan biri – Ağcabədi sakini xəstəxanada ölüb”.

R. Mehdiyev onu da əlavə edib ki, kafe adi qaydada fəaliyyətini davam etdirir.

 

BIR CAVAB BURAXIN