Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı

0
535

Rusiya hərbi aviasiyası və donanması Xəzər dənizində geniş miqyaslı təlim keçirib.

Bir həftə ərzində 20-dən çox hərbi gəmi aviasiya ilə birlikdə şərti düşmənin zərbələrini dəf etmək və onu məhv etməklə bağlı tapşırığı yerinə yetirib.
Xəzərdəki geniş miqyaslı təlimlərdə ən tücrübəli gəmi heyətlərinin bir qrupu iştirak edib. Dənizçilərin müdafiə və müharibə şəraitindəki bacarıqları yoxlanılır.
“Təlimlərdə gəmilərin və heyətin məhz döyüş bacarığı nüayiş edirilir”, – Xəzər donanması komandanının müavini Sergey Efimov deyib.
Rusiyanın Xəzər donanmasının təlimi Xəzəryanı ölkələrin hərbi gəmilərinin iştirakı ilə keçiriləcək beynəlxalq yarışa hazırlıq xarakteri daşıyıb.
Rusiya bu il iyun ayında da Xəzərdə genişmiqyaslı hərbi təlimlər keçirib. Rusiya Xəzərdə 20 gəmi və aviasiyanın iştirakı ilə müdafiə təlimi keçirib.
Təlimlərdə “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Mahaçkala”, “Astraxan” və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki “Su-24″, “Su-25″ təyyarələri iştirak edib.  /Anspress

BIR CAVAB BURAXIN