Karlo Ançelotti: “Mən “Bavariya”ya inqilab etmək üçün gəlməmişəm”

0
576

 

 

Bu mövsümdən Münhenin “Bavariya” komandasını çalışdırmağa başlayan italiyalı tanınmış futbol mütəxəssisi Karlo Ançelotti yeni klubu ilə bağlı bəzi təssüratlarını “Deutsche Welle” qəzeti ilə bölüşdürüb. Karlo Ançelotti: “Münhenin “Bavariya” komandası dünyanın ən güclü klublarından biridir və o zəngin şanlı tarixi keçmişə malikdir. Mən yeni komandamın oyun stilinə yaxşı bələdəm. Əlbəttə, mən buraya inqilab etmək üçün gəlməmişəm. Qvardiola komandada yaxşı dəst-xəttə malik olub və onu davam etdirmək niyyətindəyəm. Eyni zamanda “Bavariya”da Trapattonidən sonra ikinci italiyalı baş məşqçi olmağıma görə fəxr edirəm. Əminəm ki, onun yolunu davam etdirərək komandamla yeni uğurlara imza ata biləcəyəm. “Bavariya” ilə oyun taktikama gəlincə, adətən mən 4-4-2 və ya 4-3-3 taktikasından istifadə edirəm. Komandamın oyununu gücləndirmək üçün Hummelsin və Sanşeşin transferini kifayət hesab etdim.Transfer müddəti avqustın 31-də basa çatsa da mən  artıq yeni oyunçu alınmasında maraqlı deyiləm. Bu heyətlə biz kifayət qədər güclüyük. Ümumiyyətlə Almaniyada rastlaşdığım səmimi atmosfer məni çox məmnun edir. Belə vəziyyətdə isə mənə ancaq komandamı yeni zirvələrə qaldırmaq qalır. Əlbəttə sehrili çubuğum yoxdur, ancaq bütün  hallarda uğur qazanmağın sirlərinə çoxdan bələdəm və “Bavariya” ilə birgə ən yüksək nəticələrə imza atmaq üçün əlimdən gələni edəcəyəm”,-deyib.

BIR CAVAB BURAXIN