RUSİYA KRİTİK HƏDDƏ YAXINLAŞIR! – Vətənpərvərlik problemləri həll etmir

0
584

Rusiya prezidenti Vladimir Putin 17 illik hakimiyyəti dövründə, hamını bir yerə bağlayacaq və özünə qarşı yönələn yad fikrin səsini batıra biləcək ümumi bir xəttin axtarışında olub.

2012-ci ildə Putin rusiyalı olmağın nə anlama gəldiyini müəyyənləşdirmək məqsədiylə, sosial və milli siyasətin müzakirəsi ilə bağlı xüsusi komitə formalaşdırdı. Komitə üzvləri ümumi bir konsensusa gələ bilmədilər və səsləri batdı. Rusiya lideri bu səyləri yenidən gücləndirmək qərarına gələrək, 31 oktyabrda Rusiya milləti barədə qanun yaradılmasını dəstəkləyib. Bu Putinin ölkə daxilində böyüyən təziyiqlə qarşılaşdığı və xaricdə gərginlik probleminin yüksəldiyi bir vaxtda baş verib.

– Parçalanmanın dərinləşməsi

Stereotip rusiyalı kimdir – bu pravoslav etnik rus insanıdır. Amma iş ondadır ki, kimliyin bu cür müəyyənləşdirilməsi xalqın böyük hissəsini əhatə etmir. Məsələn, Rusiyanın müsəlman əhalisinin sayı ölkənin ümumi əhalisinin 13%-ni təşkil edir və gələcəkdə bu faizin artması gözlənilir. Hətta pravoslav slavyanlar qrupunun özü də bir neçə qola ayrılır. Belə parçalanmalar getdikcə daha da dərinləşir. Hazırda nəsillərin əvəzlənməsinin tam qızmar bir vaxtıdır və rusiyalıların 27%-i Sovet İttifaqının dağılmasından sonra doğulublar. Hətta bu nəsilin nümayəndələri 1990-cı illəri çox çətinliklə xatırlayırlar. Belə bir halın mövcudluğu Putin üçün xüsusilə problemlidir. Çünki onun hakimiyyəti həmin illərdəki xaosun qarşısının necə uğurla alınması təbliğatı üzərində köklənib. Ancaq o illər gənc nəslin heç yadında da deyil.

Böyüyən nəsil üç düşərgəyə bölünür: liberallar, siyasi cəhətdəm apatik olanlar və ultra millətçilər.
Axırıncılar anti-müsəlmandırlar və hiperaqressiv xarici siyasətin yürüdülməsinin tərəfdarı kimi çıxış edirlər. Və iqtisadi geriləmə ilə əlaqədar yüksələn yoxsulluq fonunda bütün yaş qrupları arasındakı sinfi fərqlilik daha da dərinləşir. Belə bir vəziyyət iqtisadi çiçəklənmə vədlərinə söykənən Putin hakimiyyətinə zərbə vurur. Ukraynada baş verən inqilab və pat vəziyyəti, şübhəsiz ki, prezidentin qlobal təsir imkanlarının genişlənəcəyi barəsindəkı vədlərinə kölgə salır.

Kreml genişlənən bu parçalanmaları yaxşı anlayır və özünə qarşı yönələn istənilən müqavimətə qarşı daha paranoik münasibət bəsləyir. Hökumət onları tənqid edən çıxışlara və etiraz aksiyalarının keçirilməsinə qarşı “əjdaha qanunları” qəbul edib. Bütün bunların hamısı bolşevik çevrilişinin 99 illiyi ərəfəsində baş verir. Təhlükəsizlik şurası artıq bu tarixi hadisənin yüz illik yubileyinə hazırlaşır və həmin tarix barədə KİV-lərdə və məktəblərdə təqdirəlayiq fikirlərin söylənilməsi gözlənilir. Yəqin ki, bu cür təqdir olunacaq rəsmi tarixdə çarın devrilməsinin üstündən sükutla keçilməklə, sovet sisteminin sabitliyi xüsusi qeyd olunacaq.

– Köhnə metodlar

Lakin oktyabr çevrilişinin əhəmiyyətinin nəzarət altına götürülməsi ümumi strategiyanın yalnız bir hissəsidir. Kremilin milli özünəməxsusluq kimliyi altında millətin birləşdirilməsinə cəhdi, əvvəllər də arzulanmış uzun müddətli prosesdir. Rus çarları millətin vahidliyini mönkəmləndirməyə çalışıblar. Onların ən populyar taktikası isə, sadəcə olaraq rəngarəngliyi tamamilə aradan qaldırmaqdan ibarət olub. Ruslaşdırma prosesində milli azlıqların özünəməxsusluğunu gizlətməkdən və rus dilini, rus mədəniyyətini, rus inancını qəbul etməkdətn ötrü, kobud gücdən istifadə edilib. 19-cu əsrin ortasında I Nikolay ruslaşdırmanı yeni ideologiya ilə əvəzləməyi təklif edib. Həmin ideologiyanın devizi -mütləqiyyət (samoderjavie), xalqçılıq və pravoslavlıqdan ibarət idi. Bu o demək idi ki, kim ən azından bu prinsiplərin birini dəstəkləyirsə, özünü rusiyalı hesab edə bilər. Bu daha yumşaq yanaşmaydı, lakin nəzərdə tutulan triadanın hansının qəbul olunması ilə bağlı yaranmış münaqişə səbəbindən irəliyə sürülən ideologiya işləmədi.

İlk baxışda heç olmazsa, millətin birləşdirilməsi məsələsindəki sovet cəhdi daha uğurlu alınmışdı. Etnik və dini fərqliliklər kənara atılmışdı. Bunun əvəzinə isə, bir sinif çərçivəsindəki birlik üzərində dayanılmışdı. Model “matryoşka” adlanırdı. Konsepsiya etnik rusların mərkəzi rol oynamasından imtina etmişdi və bununla bərabər bütün siyasi, milli, sinfi, gender və etnik baryerlərin götürülməsinə cəhd olunurdu.

Bu sistemin başlıca istiqaməti ümumi düşmən və qlobal hökmranlığa iddia edən ABŞ idi. Belə bir rəqib qarşısında Sovet İttifaqının saxlanılması və şöhrətlənməsi işində hamı bərabər səviyyədə idi. Soyuq müharibənin gərginliyi hesabına Moskva sovet özünəməxsusluğunun vahidliyini yetmiş il saxlaya bilmişdi. Amma buna baxmayaraq, bu cür böyük millətə sırınan inanc sisteminə vacib olan enerjinin tükənməsi nəticəsində həmin sistem dağıldı.
İndi vahidlik problemi Putinə miras qalıb. Hazırda prezidentə siyasi və mədəni müstəvidə reallaşdırıla biləcək ideyadan da daha çox şey lazımdır. Son illər Kreml güclü vətənpərvərlik hisslərini səfərbər etməyə müyəssər olub. Kobud tərzdəki təbliğatın köməyi ilə ümumi düşmənə qarşı millətçiləri bir araya yığmaq üçün Moskva Amerka ilə qarşıdurmadan istifadə edir.

Rusiya Ukraynadakı inqlabın qabağını ala bilmədikdən sonra, Krımı rus xalqının qürur mənbəyinə çevirərək, bu yarımadanı ilhaq etdi. Moskva, həmçinin, Suriya münaqişəsinə müdaxilədən istifadə etməklə, İŞİD-ə qarşı mənəvi səlib yürüşünə çıxdığını irəli sürdü. Hakimiyyət əhali arasında ABŞ-ın Rusyanı dağıtmağa cəhd göstərdiyi təhlükəsini qızışdırır. Kreml hətta Üçüncü Dünya Müharibəsi və nüvə münaqişəsi qorxusunu yayır. Haradakı Qərb Rusiyanı aqressiv xarici siyasət yürütməkdə günahlandırırsa, onda Moskva ABŞ-ın fəaliyyətlərinə reaksiya olaraq, özünü haqqı tapdalananların hüquqlarının qəhrəman müdafiəçısi kimi qələmə verir.

Lakin vətənpərvərlik qiyafəsi altında və soyuq müharibənin bərpa edilməsi ilə milli vahidliyi saxlamaq çox çətindir. Putinin aqressiv xarici siyasəti Rusiyanın maliyyə ehtiyatlarını sürətlə tükəndirir və həmçinin də hərbi-siyasi resursları dağıdır. Digər yandan isə, vətənpərvərliyin də qalxış və enişləri olur və ümumi yekunda bu, rusiyalıların hər gün qarşılaşdıqları daha dərin problemlərin öhdəsindən gələ bilməz. Rus çarları və partiya xadimləri kimi Putin də millətin kimliyinin müəyyənləşdirilməsi və onun birləşdirilməsinə cəhdlər göstərməkdə davam edəcək.

(“Stratfor”-ABŞ)

BIR CAVAB BURAXIN