Rusiya Karasini Moldovaya göndərir – Konflikt

0
708


 

Martın 13-də Kişinyova nəzərdə tutulan səfərim ləğv edilməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin söyləyib. O, Moldovada prezident, baş nazir və xarici işlər naziri ilə görüşəcəyini söyləyib.

Qeyd edək ki, dünən Moldova Rusiyaya etiraz notası verib. Buna səbəb Moldova siyasətçilərinin Rusiya ilə sərhəddə yoxlanılması olub. Ölkə parlamenti məmurları Rusiyaya səfərlərdən yayınmağa çağırsa da, rusiyayönlü Prezident İqor Dodon bu fikri dəstəkləmədiyini bildirib.

Karasin Rusiyanın MDB ölkələri və xaricdəki vətəndaşlarla münasibətlərini kurasiya edir.

 

BIR CAVAB BURAXIN