Rusiya İŞİD terrorçularına qanadlı raketlərlə zərbə endirib

0
556
 

Dənizdə yerləşən nöqtələrdən 6 ədəd “Kalibr” qanadlı raketləri ilə İŞİD terror qruplaşmasının Suriyanın Əbu-Kamal rayonunda yerləşən mövqelərinə zərbə endirilib. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov verib.

“Terrorçuların kəşfiyyat tərəfindən müəyyən edilmiş silah anbarlarına, terrorçuların sıx toplaşdığı nöqtələrə və vacib komanda məntəqələrinə altı Tu-72 strateji bombardmançı təyyarəsi tərəfindən və dənizdə yerləşən mövqelərdən “Kalibr” qanadlı raketləri ilə qrup şəklində zərbə endirilib”, – məlumatda deyilir.

Bildirildiyinə görə, İŞİD mövqelərinə zərbələrin endirilməsi üçün “Hmeymim” bazasındakı Su-24 və Su-34 bombardmançılarından istifadə edilib və onları Suriyadakı Rusiya aviaqrupuna məxsus Su-30SM, Su-35 və MiQ-29 qırıcıları müşayiət edib.

“Kalibr” qanadlı raketləri su altında yerləşən nöqtələrdən 650 kilometrdən artıq məsafədən buraxılıb”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib.

BIR CAVAB BURAXIN