0
665

Süzan Caginyan Bakıya gəldi

Erməni jurnalist və ictimai xadim Süzan Caginyan Bakıya gəlib.

Gözlənildiyinə görə, haqqin.az və virtualaz.org-un ştatdankənar əməkdaşı olan Caginyan Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar” konfransında iştirak edəcək.

Öncə haqqin.az və virtualaz.org-un ünvanına yazdığı məktubda Süzan Caginyan uzun illər ərzində hüquqlarının pozulduğu Ermənistan vətəndaşlığından imtina etmək istədiyini bildirmişdi.

Azərbaycan nəşrlərinə müraciətindən sonra hakimiyyət yönümlü Ermənistan KİV-də Caginyana qarşı kampaniya başlamış və onu terrorçuluqda ittiham etmişdilər.

BIR CAVAB BURAXIN