“Rusiya ilə birgə HHM sistemi yaradılmasın!” – Yerevanda aksiya

0
547

Ermənistanda Rusiya əleyhinə yeni aksiya keçirilir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları yerli parlament binasının qarşısına çıxaraq Yerevanla Moskva arasında Hava Hücumundan Müdafiə Sistemlərinin birləşdirilməsi barədə razılığa etiraz ediblər.
Onlar “Nə torpağımızı, nə də səmamızı verən deyilik”, “Biz Permyakovlar ordusuna yox, erməni ordusuna etibar edirik”, “Satqınlığa doğru növbəti addım” və s. şüarlar səsləndiriblər.
Ermənistan müxalifətinin əsas simalarından olan rejissor Tiqran Xzmalyan isə müqaviləni milli maraqların satılması kimi dəyərləndirib.
“Bu razılığı imzalamaqla biz nəinki Azərbaycana, həm də dünyaya müharibə elan etmiş oluruq”.

BIR CAVAB BURAXIN