Ərdoğan: “Mosul tarixən Türkiyəyə aid olub”

0
587

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda “İslam dövləti” döyüşçüləri tərəfindən tutulmuş İraq şəhəri Mosul nə vaxtsa Türkiyəyə aid olub.

Bu haqda o, Bursa şəhərindəki çıxışında Bdeyib.

“Anlamaq lazımdır ki, İraqda çox qədim şəhərlər var. Tarixdə Kərkük bizim şəhər olub, Mosul bizim idi”, – deyə o vurğulayıb.

O, Qərbi tənqid edib və bildirib ki, “Qərb ölkələri bugünkü ana qədər İraq və Suriya üçün, sözün əsl mənasında, heç nə etməyiblər”.

“Özləri heç nə etmirdilər, üstəlik bizim kimi nəsə etmək istəyən millətlərə də mane olurdular”, – Ərdoğan vurğulayıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN