Rusiya Azərbaycanla sərhəddə irimiqyaslı təlimlərə başlayıb

0
616

Rusiya Silahlı Qüvvələri sentyabrın 5-də Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb.
“Qafqaz-2016” adlı strateji komanda-qərargah təlimi sentyabrın 10-a kimi davam edəcək.

Təlimlər Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək.

Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, HavaDesant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq.

Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir.

BIR CAVAB BURAXIN