Rusiya Avropa Şurasından qovulur

0
496

Gələn ilin iyun ayında Rusiya Avropa Şurasının əsas orqanları olan  Nazirlər Komitəsi və Parlament Assambleyasından xaric ediləcək.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə AŞ-nin Baş katibi Turborn Yaqland Parlament Assambleyasında qurumun büdcəsi müzakirə edilərkən bəyan edib: “Rusiya AŞ-yə üzvlük haqqı ödəmir və ona görə də vəziyyət belə davam edəcəyi təqdirdə gələn ilin iyun ayında onların qurumdakı fəaliyyətinin rəsmi şəkildə dayandırılması barədə qərar qəbul etməli olacağıq. Mən bu barədə artıq Nazirlər Komitəsinə də bildirmişəm”.

O xatırladıb ki, əgər AŞ-yə üzv ölkə iki il ərzində üzvlük haqqını ödəmirsə, onda qurumun nizamnaməsinin 9-cu maddəsinə əsasən onun Parlament Assambleyasındakı və Nazirlər Komitəsindəki nümayəndələrinin səlahiyyətləri dayandırılır.

Əziz Mustafa

 

 

 

 

BIR CAVAB BURAXIN