Rus klubu Avroliqadan kənarda qala bilər

0
540

Rusiyanın “Ufa” klubu Britaniya vizası almağa çətinlik çəkir.

Bu barədə “Deili Rekord” yazıb.

Məlumata görə, Avropa liqasının təsnifat turnirinin pley-off mərhələsində “Qlazqo Renycers”lə qarşılaşmalı olan rus klubu ilk oyunu buraxa bilər. Klub yerli çempionatın dördüncü turundan sonra viza üçün müraciətə hazırlaşsa da, komandanın baş direktoru vizanın lazımı vaxtda verilməyəcəyindən narahatdır.

Xatırladaq ki, yazda Moskva “Spartak”ı viza məsələsində yaranan problemlərə görə gənclərdən ibarət komandasını Şimali İrlandiyada keçirilən turnirə göndərə bilməmişdi. Axar.az

BIR CAVAB BURAXIN