Referendum başa çatdı

0
318

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) başa çatıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 17:00-a qədər referendumda respublika üzrə seçicilərin 63,6 faizi – 3 348 535 seçici səs verib.

Respublika üzrə seçicilərin sayı 5 267 111 nəfərdir.

Referendum baş tutmuş hesab edilir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfərdir.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen − 19 =