Referendumun gedişini izləyəcək xarici müşahidəçilər Bakıya gəlir

0
545

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə (referendum) hazırlıq və onun təşkilinin monitorinqinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərdən ibarət missiyası Bakıya gəlib.

MDB PA-dan verilən məlumata görə, missiyaya Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov rəhbərlik edir.

Missiyanın tərkibinə MDB PA-nın iştirakçısı olan 6 dövlətdən (Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya və Tacikistan) parlamentarilər və ölkələrin ali qanunverici orqanlarının nümayəndələrindən ibarət 22 müşahidəçi, eləcə də MDB PA Şura Katibliyinin əməkdaşları və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri daxildir.

Referendumun qısamüddətli monitorinqi zamanı Milli Məclisin, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

MDB PA-nın beynəlxalq müşahidəçiləri seçki günü Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər.

Xatırladaq ki, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək.

BIR CAVAB BURAXIN