NASA-dan sensasiyalı açıqlama: “Orada həyat var”

0
573

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bazar ertəsi keçirəcəyi mətbuat konfransında sensasiyalı bəyanatını açıqlamaq niyyətindədir

Milli.Az bildirir ki, NASA-nın Twitter-dəki akkauntunda verilən anonsa görə, açıqlama Yupiter planetinin təbii peyki olan Avropa ekzoplaneti ilə bağlıdır.

Anonsda deyilir: “Söhbət Avropada suyun, okeanın olmasından gedəcək. Bu səbəbdən də biz ehtiyatla da olsa, “Orada həyat var” deyə bilərik”.

Avropa ekzoplaneti NASA-nın “Hubble” kosmik teleskopu vasitəsilə tədqiq olunub. Bir qədər əvvəl isə NASA-nın “Juno” kosmik stansiyası Yupiterin şimal qütbündə çəkilmiş fotoları Yerə ötürüb. Həmin fotolarda amerikalı alimlər Günəş sistemindəki digər böyük planetlərdə olmayan hava aktivliyini və qasırğalar sistemini görüblər.

Milli.Az

BIR CAVAB BURAXIN