Real sensasiyaya imza atdı-ilk dəfə iki il dalbadal UEFA Çempionlar kubokunu qazandı

0
419

Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olub.  Qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutub.

 

Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi Madrid “Real”ı üz-üzə gəlib. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.

 

Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə  rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda “Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.

 

Matça fəal başlayan komandalar ilk dəqiqələrdən daha çox kobud mübarizə ilə yadda qalıblar. Azarkeşlər isə ilk qolu görmək üçün 20 dəqiqə gözləməli olublar. “Real”ın çox gözəl təşkil olunmuş əks-hücumunu Ronaldo əla zərbə ilə məntiqi sonluğa çatdırıb.

 

Ancaq madridlilərin sevinci cəmi 7 dəqiqə çəkib. Bu dəfə “Yuventus” əks-hücum zamanı fərqlənib. Xorvatiyalı Mario Mancukiç hətta “Real” azarkeşlərin də alqışlayacağı qola imza atıb.

 

İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə isə italiyalılar əsl “Real”lıqla tanış olublar. Kazemiro və Ronaldo 3 dəqiqəyə fərqi 2 topa çatdırıblar. Asensionun son dəqiqə qolu isə gözəl oyununun bəzəyi olub – 1:4.

 

UEFA Çempionlar Liqası

Final

3 iyun

 

“Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya) – 1:4

Qollar: Mancukiç, 27 – Ronaldo, 20, Ronaldo, 64, Kazemiro, 61, Asensio, 90

Baş hakim: Feliks Brix (Almaniya)

 

“Yuventus”: 1. Canluici Buffon, 15. Andrea Barzali, 3. Corco Kyellini, 19. Leonardo Bonuççi, 12. Aleks Sandro, 5. Miralem Pyanic, 6. Sami Xedira, 23. Dani Alves, 21. Paulo Dibala, 17. Mario Mancukiç, 9. Qonzalo İquayn

Ehtiyat oyunçular: 25. Neto (q), 4. Medhi Benatia, 7. Xuan Kuadrado, 8. Klaudio Markizio, 18. Mario Lemina, 22. Kvadvo Asamoa, 26. Stefan Lixtştaner

Baş məşqçi: Massimiliano Alleqri

 

“Real”: 1. Keylor Navas; 2. Dani Karvaxal, 4. Serxio Ramos, 5. Rafael Varan, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç, 8. Toni Kroos, 22. Isko, 9. Karim Benzema, 7. Kristiano Ronaldo

Ehtiyat oyunçular: 13. Kiko Kasilla (q), 6. Naço, 11. Qaret Beyl, 16. Mateo Kovaçiç, 20. Marko Asensio, 21. Alvaro Morata, 23. Danilo

Baş məşqçi: Zinəddin Zidan

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty + 11 =