UNESCO-nun baş katibindən Fətullah Gülənə təşəkkür məktubu

0
593

UNESCO-nun baş katibi Ani Matei Rumınyada keçirilən Millətlərarası Dil və Mədəniyyət Festivalına təşəkkür məktubu ünvanlayıb. Dünyanın müxtəlif yerlərindən gələn və dilindən, dinindən, irqindən asılı olmayaraq layihənin bir parçası olan iştirakçıları təbrik edən A. Matei insanlara öz zənginliklərini başqalarına tanıtma şansı verən bu layihənin qurucularını yüksək qiymətlərndirib. O məktubunda dünyanın 150 ölkəsində gələn iştirakçıların təkcə sənət deyil, insanlara sülhə, qardaşlığa və əmin-amanlığa gedən yolu göstərəcəklərinə inandığını vurğulayıb: “Bu fədakar müəllimlərin arasında çox azını tanıma şansım oldu. Onların gənclər nəsillər arasında insani dəyərlərin formalaşması adına göstərdikləri cəhdləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dünyada əmin-amanlığın bərqərar olması sülh, qardaşlıq, sevgi, diyaloq və birlikdə yaşamaq haqqında fikir söyləyən insanların deyil onu yaşayanların sayəsində mümkün olacaq. Bir-birindən tamamilə fərqli coğrafiyaların, mədəniyyətlərin, dillərin, inancların içindən gələn, lakin ürəkləri bir vuran bu gəncləri gördükcə, bu müəllimllərin qurmağa çalışdığı dünyanın gələcəyinə ümidlə və sevinclə baxıram. Bu fədakarlıq düşüncəsi ilə hərəkət edən insanların inanclarını itirmədikləri müddətdə nə qədər güclü olacaqlarının və böyük işlərin öhdəsindən gələcəklərinin göstəricisidir”.

Baş katib Xidmət hərəkatının lideri Fətullah Gülən Xocaəfəndiyə belə bir layihənin fikir memarı olduğundan ötrü dərin təşəkkürünü bildirib: “2005-ci ildə Rumınya UNESCO olaraq “Xoşgörü və Diyaloqa Katkı” medalına layiq gördüyümüz möhtərəm Fətullah Gülənə dünyaya sülhü, qardaşlığı nümayiş etdirən fədakarlıq şüuru ilə fəaliyyətlərindən geri qalmayan müəllimlərin yetişməsində əməyindən ötrü təşəkkürümü bildirirəm”.

BIR CAVAB BURAXIN