Rəhbəri erməni olan Rusiya saytı Türkiyə barədə yalanı necə uydurur

0
515

Bir neçə dəqiqə bundan əvvəl erməni Qabrelyanovun rəhbəri olduğu, Rusiyanın ən populyar saytlarından sayılan Life.ru Türkiyədə baş vermiş avtomobil qəzası barədə uydurma xəbər yayımlayıb.

Xəbərdə yazılanlara inansaq, Ankarada məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub və 3 nəfər məktəbli uşaq həlak olub.

Lakin xəbəri “sübut edən” tvitlərdə yazılır ki, qəza Ankaradan yüzlərlə kilometr aralıda yerləşən Konya şəhərində baş verib və qəzaya düşən avtobusda yas mərasimindən qayıdan adamlar olub ki, onlardan 10 nəfəri dünyasını dəyişib.

Əməkdaşımız life.ru saytına bu yanlışlıqlar barədə məlumat ünvanlasa da, hələlik bir cavab alınmayıb.

Həmin xəbərin başlığını və xəbərdə yer alan tvitləri diqqətinizə çatdırırıq.

 

Virtualaz.org

BIR CAVAB BURAXIN