‘Quş qripi’ yayılır

0
813

11

Şimali Avropada «quş qripi» yayılır. Almaniyanın tibb ekspertləri xəstəliyə tutulan quşların sürətlə artdığını, virusu heç bir simptom göstərməyən vəhşi quşların daşıdığını deyirlər.

Almaniyanın «Friedrich Loeffler» Heyvanları Monitorinq İnstitutu məsələylə bağlı xüsusi xəbərdarlıq dərc edib. İnstitutun prezidenti Thomas Mettenleiter bildirib ki, H5N8 virusu hazırda vəhşi quşlardan ev quşlarına keçməkdədir. Virus Almaniyada ilk dəfə noyabrın 8-də qeydə alınıb, ondan sonra Almaniyanın 10 əyalətində tapılıb.

Digər Avropa ölkələrində –Danimarka və İsveçdə də virusun hələ ki, vəhşi quşlarda aşkar edildiyini bildiriblər.

H5N8 virusu insan üçün bir o qədər təhlükəli sayılmır. Bu il virus ilk dəfə iyunda Rusiyayla Monqolustan sərhədində qeydə alınıb, sonra İran və İsraildə də aşkar edilib.

BIR CAVAB BURAXIN