Asiya İnkişaf Bankı Azərbaycana kredit ayıracaqmı?

0
697

 

11

Sabah – noyabrın 25-də Asiya İnkişaf Bankının idarə heyəti Azərbaycana 1 milyard dollarlıq borcun verilməsi məsələsinə baxacaq. Bu pullar Azərbaycanın qaz yataqlarının işlənməsi üçündür. Bir neçə həftədən sonra isə bank birbaşa Azərbaycan büdcəsini maliyyələşdirmək barədə qərar verəcək. Asiya İnkişaf Bankı inkişafı maliyyələşdirir, yoxsa nəyə gəldi pul verir? «The Huffington Post» qəzetində çıxan məqalədə bu suala cavab axtarılır.

 

Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı

 

Yazıda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (EITI) Azərbaycan qarşısında qoyduğu öhdəliklər vurğulanır. Bu ilin oktyabrında EITI Azərbaycanın qurumdakı statusunu namizədlik səviyyəsində saxladı və vətəndaş cəmiyyətinin durumunu inkişaf etdirməkdən ötrü Bakıya 2017-ci ilin martına qədər vaxt verdi. Öhdəlikləri yerinə yetirməsə, ölkənin qurumdan çıxarılacağı bildirilib. Müəllifin fikrincə, bununla EITI Azərbaycanın təbii sərvətlərdən qazandıqlarını inkişafa sərf etməsinin vacibliyini vurğuladı.

 

Jessica Evans hesab edir ki, Asiya İnkişaf Bankı Azərbaycana yardım etməklə həm də digər qurumlara nümunə ola bilər. EITI-nin bu təşəbbüsünə dayaq olan və eyni prinsiplərlə çalışan Dünya Bankı, Avropa Sərmayə Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da Xəzər və Yaxın Şərq qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinə pul ayırmağa hazırlaşır.

Qəzet yazır ki, Asiya İnkişaf Bankı üçün ən asanı Azərbaycana pul verməkdir. «İnkişaf bankları Azərbaycanda çox mühüm rol oynaya, uyğun layihələri dəstəkləməklə xalqın sosial və iqtisadi ehtiyaclarının ödənməsinə sərmayə qoyulmasına nail ola bilərlər.», – Jessica Evans belə yazır.

Azadliq.org

BIR CAVAB BURAXIN