“Qrupda oynadığımıza hələ də inana bilmirəm” – Şehiç

0
458

“Çempionlar Liqasının qrupunda oynadığımıza hələ də inana bilmirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

 

Ölkəsini mətbuatına danışan bosniyalı qolkiper Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdikləri matç (1:1) barədə fikirlərini bildirib.

 

Şehiç Ağdam klubunun növbəti dəfə hər kəsi təəccübləndirməyi bacardığını deyib: “Altetiko” kimi komandadan səfərdə də 1 xal qopardıq. Bunun yuxu, yoxsa gerçək olduğunu hələ dərk edə bilmirəm. Sübut etdik ki, dünyanın istənilən klubuna qarşı mübarizə apara bilərik. Öz gücümüzə yaxşı bələdik. Bu komanda uzun illər ərzində formalaşıb. Qrupdakı son 3 oyunu yüksək səviyyədə keçirdik. Heç kim bunu bizdən gözləmirdi. “Roma”nın “Çelsi” ilə matçlarda nə etdiyini görəndən sonra onlara 1:2 hesablı məğlubiyyətimiz də əla nəticə sayılmalıdı”.

 

Təcrübəli qolkiper “Atletiko”nun hər bir futbolçusunu ayrı-ayrılıqda təhlil etdiklərini vurğulayıb: “Qrizmann və Torresin kim olduğunu yaxşı bilirdik. Matçdan öncə rəqibin hər bir üzvünün oyununu ən kiçik detalına qədər araşdırmışdıq. Bu, “Atletiko”nu daha yaxşı tanımağımız üçün vacib idi. Komandamızda iki ekspert var, biri bolqar, digəri isə ispandı. Hər ikisi baş məşqçiyə kömək edir. Meydana yaxşı komanda olduğumuzu bilə-bilə çıxmışdıq. Bəzi müsbət məqamlar eyni anda baş verdi və yekunda yaxşı nəticəyə imza atdıq. İndi özümüzə daha çox inanırıq. Üçüncü yeri tutub, Avropa Liqasına yollanmaq üçün sona qədər mübarizə aparacağıq”.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 7 =