Qırğızıstan prezident Almazbek Atambayevi kim öldürmək istəyir?

0
663

İki dəfə zəhərlənən Atambayevin XƏSTƏLİK TARİXÇƏSİ

 

Bazar ertəsi Qırğızıstan prezident Almazbek Atambayev BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb. Nümayəndə heyəti İstanbulun Atatürk hava limanında təyyarəni dəyişməni planlaşdırırdı. Ancaq prezident sinəsindəki ağrıdan şikayət edib və bu səbəbdən ABŞ-a gedə bilməyib. O, hazırda Türkiyədə xəstəxanalardan birində müalicə alır.

 

Qırğızıstan prezident aparatı Almazbek Atambayevin səhhəti barədə məlumat verib. Məlumatda bildirilir ki, prezidentin vəziyyəti kafidir. “O, həkimlərin nəzarəti altındadır”, – aparat rəhbəri Fərid Niyazov bildirib.

 

O, Atambayevin İzmirdə klinikalardan birinə yerləşdirildiyi barədə Türkiyə KİV-lərinin xəbərlərini şərh etməkdən imtina edib: “Onun olduğu yeri şərh etmirik”.

 

Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətində yaranan problemlərə görə qısamüddətli məzuniyyətə çıxıb. Bu haqda dövlət başçısının mətbuat xidmətindən bildirilib. Qırğız liderinin Bişkekə qayıdaraq 1 oktyabrda işə başlayacağı gözlənilir. Bu vaxt ərzində dövlət başçısı tibbi müayinədən keçməlidir.

 

“Sputnik” agentliyinin Qırğızıstan redaksiyası prezidentin xəstəlik tarixi haqqında məlumat verib.

 

Agentliyin yazdığına görə, açıq mənbələrdə indiki dövlət başçısının səhhətindəki problemlər haqqında dəfələrlə məlumatlar çıxıb. 11 may 2007-ci ildə baş nazir olarkən Atambayev zəhərlənir. O, iş yerində bir stəkan su içdikdən sonra şüurunu itirib və iki gün özünə gəlməyib. Atambaev Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə keçib.

 

O, Ankaradakı klinikalarından birində 2008-ci ildə qida borusundan əməliyyat edilib. 2009-cu ildə prezident seçkiləri kampaniyasının gedişatında onu yenidən zəhərlədilər. Müxalifətin nümayəndələrinin məlumatına görə, çıxışlardan birində o, güc, koordinasiya və nitqin tam itkisini hiss edib (http://publika.az/p/150935).

BIR CAVAB BURAXIN