Zakir Fərəcov iş adamlarına necə “atdı”?

0
551
11
Sumqayıt şəhər icra başçısının işçiləri vəzifə səlahiyyətlərindən sui-istufadə edib, iş adamlarına “kələk” gəldilər.Sumqayıt şəhərində görülən tikinti-abadlıq işləri fonunda məşhur iş admı Müqayis Verdiyevin həbs edilməsi ajiotaj yaratdı. Belə ki, tikinti şirkətlərinin işçilərə pulları verməməsi adı altında Sumqayıtda fəhlələr etiraz aksiyası keçirdi, daha sonra iş adamı Müqayis Verdiyev saxlanıldı.

Müqayis Verdiyevin saxlanılması ilə bağlı mətbuatda yayılan bir xəbər ilgincliyi ilə diqqət çəkirdi. Həmin xəbərdə deyilirdi: “İş adamı icra hakimiyyətindən Sumqayıt Bulvarının tikintisində istifadə olan matetialların pullarını və işçilərin əmək haqqlarını tələb edib. Çünki iş adamına icra hakimiyyəti tərəfindən 12 milyon manat veriləcəkmiş. Lakin icra hakimiyyəti bu məbləği ödəməkdən imtina edərək, əvəzində iş adamının özünü həbs elətditmək qərarına gəliblər. Bir sözlə desək icra hakimiyyəti iş adamına atıb. Ortada zərər çəkən isə zəhmətkeş fəhlələr olub”.

Bu arada AzToday.az-a daxil olan məlumatlar və Sumqayıtda görülən tikinti – abadlıq işləri ilə bağlı maliyyə sənədləri ciddi faktlar ortaya çıxarıb. Məlumatların və sənədlərin səthi araşdırılması zamanı məlum olub ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tikinti-abadlıq işlərini gördürdüyü Müqayis Verdiyev başda olmaqla başqa 3 nəfər iş adamını da analoji yolla “zərərsizləşdirib”.

Belə ki, Müqayis Verdiyev gördüyü tikinti-abadlıq işlərində 30 min (?) manat mənimsəməkdə ittiham olunaraq həbs olunur. Adlarını çəkmək istəmədiyimiz iş adamlarından birinə cinayət işi başlanılır. Başqa bir iş adamı başına gətirlən özbaşınalıqlardan şoka düşərək xəstəxanaya düşür. Bir iş adamı da canını qaçmaqla qurtarçağa çalışır…

AzToday.az-a daxil olan sənədlərdən məlum olur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Müqayis Verdiyevə Sumqayıt şəhəri Dənizkənarı Bulvarın tikintisi və Sumqayıt şəhəri girişinin tikintisi adı altında 3 milyon 600 min manat vəsait verilib. İş adamı Müqayis Verdiyev bu işlərin görülməsi üçün öz vəsaitlərindən də 1 milyon 100 min manat xərcləyib. Maliyyə sənədlərindən görünür ki, Müqayis Verdiyev 4 milyon 700 min manat vəsaitin hamısını işçilərə və və tikinti materiallarına xərcləyib. Həmin işçilərinı və tikinti materialları gətirən şəxslərin adları sənədlərdə əksini tapıb.

Dramatik “tamaşa” da işlərin başa çatdığı vaxtdan başlayır. Belə ki, nəzərdə tutulan işlər başa catdığını görən Sumqayıt Şəhər İcra Hakimiyyəti iş adamlarının pullarını verməmək üçün onları muxtəlif yollarla “zərərsizləşdirmək” əməliyyatına başlayır. İş adamlarına məlum təxribatlar İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müduri Fəzail Hüseynov və həmin şöbənin aparıcı mühəndisi Adil Xudadatovun vasitəçiliyi ilə hazırlanır. Ancaq Zakir Fərəcovun kadrı olan adıçəkilən iki şəxs sözügedən iş adamlarına şəxşi işlərini gördürür. Belə ki, AzToday.az-a daxil olan məlumatlarda Fəzail Hüseynovun Müqayis Verdiyevin hesabına xaricdə istirahət etməsi və İlham adlı iş adamının hesabına isə Mərdəkanda dünyada tayı-bərabəri olmayan malikanəsinin həyətində 70 min manatlıq iş gördürməsi də əksini tapıb. Və iş adamlarının pullarınının hələ də verilmədiyi bildirilir. Görünür, Zakir Fərəcovun işçiləri bu məsələdə vəzifə səlahiyyətlərindən geninə-boyun yararlanıblar. Bunlardan Zakir Fərəcovun xəbəri olub-olmadığını deməkdə çətinlik çəksək də, Sumqayıtda baş verən məlum olayların elementar təhlilindən görmək olur ki, icra başçısı Fəzail Hüseynov və Adil Xudadatov vasitəsi ilə iş adamlarına sözün əsl mənasında divan tutub. Bu özbaşınalıqlar ləğv olunmuş MTN-in sabiq idarə rəisi Akif Çovdarovun iş adamlarına yaşatdıqları ilə müqayisədə daha dəhşətlidir.

Maraqlıdır ki, hüquq-mühafizə orqanları 4 milyon 600 min manat həcmində iş görən Müqayis Verdiyevi 30 min manatlıq yeyintidə ittiham etməsi çox gülünc görünür. Bu məqam da işin qurama olduğunu deməyə əsas verir.

Sumqayıt şəhərə İcra Hakimiyyəti tərəfindən sifariş edilən tikinti işləri ilə bağlı, habelə icra hakimiyyətininin işçilərinin maxinasiyaları barədə araşdırmalarımız davam edir.

Qarşı tərəfə də cavab haqqı tanımağa hazırıq.

 

BIR CAVAB BURAXIN