Qarabağda erməni hərbçi öldürülüb

0
607

 

Qoşunların təmas xəttində Ermənistan ordusu itkilər verməkdə davam edir. Belə ki, bu gün səhər yerli vaxtla 7.20-də qoşunların təmas xəttində baş verən atışmada erməni hərbçi öldürülüb. “Arazinfo.com” un “Yeniavaz.com”a istinadən verdiyi məlumata görə Azərbaycan tərəfindən açılan atəş nəticəsində 1996-cı ildə anadan olan əsgər Karen Saribekoviç Danielyan ölümgül güllə yarası alıb. Xatırladaq ki, bundan əvvəl Azərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus “OSA” zenit-raket kompleksi 5 nəfər heyəti ilə məhv edilmişdi. Bu ilin aprelin 28-də isə qoşunların təmas xəttinin cənub hissəsində hərbi qulluqçu Mqer Arzumanyan öldürülmüşdü.

BIR CAVAB BURAXIN