Ruhani Kubadan ABŞ-a sərt mesajlar verdi

0
522
Cuba's former leader Fidel Castro, right, talks with Iranian President Hassan Rouhani, left, in Havana, Cuba, Monday, Sept 19, 2016. Rouhani is on a one-day official visit to Cuba. (AP Photo/Alex Castro)

BMT Təhlükəsizlik Şurasının toplantısına qatılmaq üçün Nyu-Yorka yola düşən İran prezidenti Həsən Ruhani Kubanın paytaxtı Havanaya bir günlük səfər edib.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Həsən Ruhani Havanada 90 yaşlı Kuba lideri Fidel Kastro ilə görüşüb. Daha sonra Həsən Ruhani Fidel Kastronun prezident qardaşı Raul Kastro ilə bir araya gəlib.

 

Görüşlərdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və ticarət münasibətlərin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

İran prezidenti Kuba səfəri zamanı ABŞ-ın ünvanına da sərt mesajlar verib: “Kuba xalqı öz əzmkar mübarizəsi ilə hər zaman Amerika qitəsində müstəmləkəçiliyə qarşı çıxıb. Buna görə də Kuba Amerika qitəsinin müstəmləkəçiliyə qarşı mübariz dövləti hesab olunur. Bu gün İran və Kubanı birləşdirən ortaq cəhətlər var ki, bunlardan ən birincisi işğalçılara qarşı açıq mübarizə aparmağımızdır”.

BIR CAVAB BURAXIN