Qara geyimlilər 80 avtomobilə od vurdu

0
558

Qarapaltarlı şəxslər Göteburqda təxminən 80 avtomobil yandırıb.

İsveçin ikinci böyük şəhəri Göteburqda avtomobilləri yandıran şəxslərin hansısa təşkilatın üzvü olduğu ehtimal edilir.

Qara libasda olan şəxslər gecə saat 22:00-da avtomobilləri yandırmağa başlayıblar.

“Qara geyimli 3-4 şəxs gördüm. İçlərində biri Molotov kokteylini avtomobillərə atdı. Sonra partlayış meydana gəldi”, – şahidlərdən biri deyib.

Başqa bir şahid isə deyib ki, qara geyimli şəxslər avtomobillərə benzin butulkalarına bənzər nəsə atırdılar. Sonra hadisə yerindən qaçdılar.

Şəhər xilasetmə xidmətinin nümayəndəsi Dan Lindqvist isə deyib ki, avtomobillər şəhərin ayrı-ayrı bölgələrində yandırılıb. Şəxsi avtomobillər, bir yük avtomobili tamamilə istifadəsiz hala gətirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.(teleqram.com)

BIR CAVAB BURAXIN