Putinə görə rus oliqarxlar bir günə 3 milyard itirdilər

0
492

Rusiyanın metallurgiya sahəsindəki oliqarxlar avqustun 10-da 3 milyard dollardan çox pul itiriblər.

Bu barədə məlumatı “Blomberq” agentliyi yayıb.

Məlumata görə, oliqarxların pul itirməsinə əsas səbəb Rusiya prezidentinin müşaviri Andrey Belousovun böyük metallurgiya şirkətləri üçün vergilərin artırılması təklifi olub. Belousovun bu çıxışından sonra Rusiyanın 14 şirkətinin səhmləri kəskin ucuzlaşıb.

Hökumətin bu təşəbbüsündən ən çox əziyyət çəkən rusiyalı milyarder Vladimir Lisin olub. O, bir gün ərzində 832 milyon dollar, yəni sərvətinin 4%-ni itirib. Ondan sonrakı yerdə Viktor Raşnikov (446 milyon), Aleksey Mordaşov (444 milyon), Roman Abramoviç (381 milyon), Vladimir Potanin (290 milyon), Əlişir Osmanov (60 milyon), Gennadi Timçenko (55 milyon) qərarlaşıb.(axar.az)

BIR CAVAB BURAXIN