Qanlı Göldə söküntü başladı, köçkünlər yolu bağladı

0
639

Qanlı Gölün qərb sahilində yaşayan məcburi köçkünlər evləri söküldüyü üçün Bakı dairəvi avtomobil yolunu kəsib.

Bu barədə “Qafqazinfo”ya məlumat verən həmin ərazidə yaşayan məcburi köçkün Nizami Şirinov evlərində yaşadıqları halda mənzillərin söküldüyünü deyib: “Dünən gəlib dedilər ki, belə bir plan var. Ancaq köçürülürsüz, başqa bir şey demədilər. Bu gün də evdə olduğumuz zaman texnikanı yeridiblər. Qadın, uşaq-hamı bir-birinə qarışıb. Başa düşürük, plana düşə bilər. Ancaq belə olduğu təqdirdə də əhali qanuni şəkildə köçürülməlidir. Qaz, işıq, su açıqdır, yaşadığımız yerdə evləri başımıza yıxırlar. Polislər tərpənəni, bir söz deyəni tutub aparırlar. Qadınlar Bakı dairəvi yolunu bağlamışdı. Onları da “dubinka” gücünə kənara çıxartdılar”.

BIR CAVAB BURAXIN