Hər kəsin bildiyi kimi, uzun zamandır Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti bir müddət əvvəl bağlanaraq Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.Milli.az-a daxil olan məlumata görə, neft məktəbinin idarəçiliyinə verilən universitetin adı, habelə loqosu dəyişdirilib.
Mənbə iddia edir ki, Qafqaz Universiteti yeni təhsil ilindən artıq “SOCAR University” adı altında fəaliyyət göstərəcək.
Qeyd edək ki, iyulun 20-də təsisçinin – SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.
Məsələ ilə bağlı daha ətraflı məlumat veriləcək.