Qafqaz üçün SOS: “Moskva münaqişələri…”

0
331

Rusiya zəruri olduqda Avrasiyanın yarısında stabilliyi pozmağa hazırdır.

 

Publika.az xəbər verir ki, bu haqda Gürcüstan prezidenti Georgi Marqvelaşvili “EUobserver” nəşrinə müsahibəsində deyib.

 

Marqvelaşvilinin sözlərinə görə, Moskva öz təsirinin saxlanılması üçün qonşu ölkələrdə dondurulmuş münaqişələrdən hər hansını aktivləşdirməyə qadirdir. O, bildirib ki, NATO hadisələrin harada gərginləşəcəyini tapmağa çalışmamalıdır.

 

“Söhbət regionda erkən effektiv xəbərdarlıq sisteminin yaradılmasından gedir”, – Gürcüstan prezidenti bildirib.

 

Gürcüstan prezidenti ötən ay isə “Rusiyanın sürünən işğalını” Qafqaz regionunda təhlükəsizliyə təhdid adlandırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + twenty =