Türkiyə ərazisindən Suriyaya 200-dən çox “Ən-Nüsra” Cəbhəsinin döyüşçüsü keçib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Beysun yaşayış məntəqəsindən keçən döyüşçülər Suriyanın İdlib əyalətində “Ən-Nüsra” Cəbhəsinin dəstələrinə qoşulub.
Mariya Zaxarova deyib ki, eyni zamanda mühafizə olunan avtomobillərin intensiv hərəkəti qeydə alınıb. O, qeyd edib ki, avtomobillər Hələb və İdlib əyalətlərinin şimalında döyüş sursatları daşıyırlar.