“Putinin də sonu Hitler kimi olacaq”

0
566

Kanada təmasları çərçivəsində Torontoya gələn Kırım Tatarları lideri Mustafa Abdülcəmil Kırımoğlu Ontario əyaləti parlamentində bir mərasimdə iştirak edib. “Zaman.az”ın “Miliyyet” qəzetinə istinadən verdiyi xəbərə görə, mərasimdə jurnalistlərin suallarına cavablandıran Kırımoğlu Ukraynanın kırım tatarları üçün önəmli bir ölkə olduğunu deyib. Çıxışı zamanı Kırımoğlu Krım yarımadasına sahib olmaq istəyənlərin çox olduğunu, bunlardan birinin də Hitler olduğunu vürğulayıb: “İndi də ruslar deyir ki, Krım Yarımadası bizimdir. Bunu bir vaxtlar Hitler də demişdi. Hitlerin aqibəti hamımıza məlumdur. Mən inanıram ki, Putinin də aqibəti Hitler kimi olacaq”.

BIR CAVAB BURAXIN