Putin: “Rusiyanın gələcək lideri gənc və yetkin bir insan olmalıdır”

0
308

Rusiya prezidenti Vladimir Putin2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi haqda hələ qərar vermədiyini bildirib.

 

V. Putin “Bloomberg” agentliyinə müsahibəsində 2018-ci ildə keçiriləcək prezident seçkilərindən danışmağın tez olduğunu söyləyib: “Sentyabrda keçiriləcək parlament seçkilərinin yekununu gözləmək lazımdır. Nəticələrə baxmaq lazımdır. Ona görə də prezident seçkilərindən danışmaq hələ çox tezdir. Sürətlə dəyişən dünyada bu haqda danışmaq sadəcə, zərərlidir. İşləmək, qarşımıza qoyduğumuz plan və tapşırıqların yerinə yetirilməsinə nail olmaq lazımdır. İnsanların həyat səviyyəsini yüksəltmək, iqtisadiyyatı inkişaf etdirmək, sosial sahəni, ölkənin müdafiə qabiliyyətini yüksəltmək lazımdır. Bütün bu vəzifələrin həllindən asılı olaraq 2018-ci ildə prezident seçkiləri kampaniyasını neçə təşkil edəcəyimizə və kimin namizəd olacağına baxacağıq. Mən, hələlik özüm üçün heç bir qərar verməmişəm”.

 

V. Putin onu da əlavə edib ki, Rusiyanın gələcək lideri kifayət qədər gənc, lakin yetkin bir insan olmalıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + 8 =