Ərdoğan BMT TŞ-də daimi üzvlərin sayının artırılmasını istəyir

0
525

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini vurğulayıb.

Arazinfo-nun Mediainfo.az-a istinadən verdiyi məlumata görə, Ərdoğan Nyu-Yorkda türk və müsəlman icmaları nümayəndələri ilə görüşündə deyib ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq məsələləri həll edə bilməyən bir quruma çevrilib: “BMT TŞ-də 194 ölkənin problemlərini həll etmək qurumun 5 daimi üzvünə həvalə edilib. BMT TŞ 5 daimi və qeyri-daimi üzvlərdən ibarət ola bilməz. Bu, haqsızlıqdır. Ona görə də BMT TŞ-də islahatlar həyata keçirilməli və onun daimi üzvlərinin sayı 20-yə çatdırılmalıdır. Yalnız belə olduğu halda BMT TŞ ədalətli qərarlar qəbul edə bilər”.

Fələstin və beynəlxalq aləmdə baş verən digər münaqişələrin həllini tapmamasında  BMT TŞ-ni günahlandıran Ərdoğan , “BMT TŞ-nın 5 daimi üzvü bizim problemlərimizi həll edə bilməz. Bizim ən böyük səhvimiz problemlərimizin həllini BMT TŞ-nin 5 daimi üzvünə həvalə etməyimizdir”,-deyib.

 

 

 

BIR CAVAB BURAXIN