Putin: Nə vaxtsa hamı kimi mən də evlənmək fikrindəyəm

0
480

Prezident Vladimir Putin nə vaxtsa adi insanlar kimi evlənəcəyini ilk dəfə ciddi şəkildə bildirib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Putin Lifenevvs telekanalı əməkdaşının ona ünvanlanan “Yenidən evlənmək fikri varmı və varsa bu nə nə vaxt baş verəcək:?” sualına cavabında jurnalistin evli olub-olmamasını soruşub. Ondan evli olması  barədə cavab alan Putin: “Ona bax, evlidir və istəyir ki, mən də onun günündə olum”,-deyə zarafat edib.

Sonra isə Putin ilk dəfə etiraf edib ki, o nə vaxtsa bütün insanlar kimi evlənəcək. Halbuki  əvvəllər məsələ ilə bağlı ona ünvanlanan suallara Putin zarafatla cavab verirdi.

Xatırladaq ki, Putin bir neçə il əvvəl həyat yoldaşı Lyudmila Putinadan ayrılıb və kuluarlarda gedən söz-söhbət nəzərə alınmazsa, onun hazırki şəxsi həyatı barədə hər hansı informasiya yoxdur.