Putin göstəriş verdi, Rusiya qoşunları Suriyanı tərk edir

0
595

Putin göstəriş verdi, Rusiya qoşunları Suriyanı tərk edir

Bu gün səhər Suriyanın Hmeymim rus hərbi bazasına baş çəkən prezident Vladimir Putin gözlənilməz qərar verib.

Arazinfo.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Putin Rusiya hərbi qruplaşmalarının Suriyadan çıxarılması ilə bağlı tapşırıq verib.

Hərbçilər qarşısında çıxış edən Rusiya lideri bildirib ki, bununla bağlı Müdafiə naziri və Baş Qərargah rəisinə tapşırıqlar verib.

Prezident vurğulayıb ki, Rusiya silahlı qüvvələri Suriya ordusu ilə birgə ən döyüş qabiliyyətli beynəlxalq terror qruplaşmalarını məhv edib. Onun sözlərinə görə, rus hərbçiləri vətənə qələbə ilə qayıdırlar: “Əgər terrorçular yenidən başlarını qaldırsalar, onlara elə zərbə vuracağıq ki, beləsini hələ görməyiblər”.

 

BIR CAVAB BURAXIN