On günün gəlini müəmmalı şəkildə öldü

0
527

Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib.

Hadisə sentyabrın 15-də axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətində xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib. Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həmin xəstəxanadan verilən məlumata görə , o, xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN